Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bu ölkələrlə viza ləğv olundu, ancaq vizasız gedə bilmirik - Rəsmi

Bu ölkələrlə viza ləğv olundu, ancaq vizasız gedə bilmirik - Rəsmi

Tarix: 5-06-2024, 17:06

May ayının 4-də Azərbaycan və Mərakeş arasında, mayın 6-da isə Azərbaycan və Albaniya arasında qarşılıqlı viza rejiminin ləğvi ilə bağlı qərar qəbul olunub.

Azərbaycan və Albaniya arasında viza rejiminin ləğvini əhatə edən sənəd martın 1-də, Mərakeşlə ümumvətəndaş pasportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə saziş isə mayın 6-da imzalanıb.

Bu gün isə sosial şəbəkə istifadəçilərinin paylaşımı əsasında məlum olub ki, viza rejiminin ləğvi ilə bağlı qərar hələ qüvvəyə minməyib. Adıçəkilən ölkələrə viza almadan, birbaşa uçuşla səyahət etmək istəyən, bilet alan Azərbaycan vətəndaşları həmin ölkələrə buraxılmayıb.

Məsələ ilə bağlı sorğumuza münasibət bildirən XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, qərar qəbul olunsa da, sazişin qüvvəyə minməsi üçün prosedurlar hələ yekunlaşmayıb:

“Hər hansısa bir müqavilənin qüvvəyə minməsi üçün hər iki dövlət tərəfindən daxili prosedurlar həyata keçirilir. Həm Albaniya, həm də Mərakeşlə protokollar imzalansa da, hələ ki, dövlətdaxili prosedurlar tam yekunlaşmayıb. Prosedurun yekunlaşması barədə məlumat olduqdan sonra veb-saytda yenilənmə aparılır. Vətəndaşlar yaxşı olar ki, səfər etməzdən öncə veb-sayta nəzər yetirərək, vizasız gediş-gəlişin mümkün olduğu ölkələrin siyahısına nəzər salsın”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR