Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Gülən Türkiyəyə təhvil verilib? - Yeni fotosu

Gülən Türkiyəyə təhvil verilib? - Yeni fotosu

Tarix: 5-06-2024, 17:45

 

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl FETÖ terror təşkilatının 83 yaşlı lideri Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında yaşadığı malikanədən qaçırıldığı barədə məlumatlar yayılıb.

FETÖ-nün taleyi naməlum qalarkən, keçmiş Oda TV yazarı Müyesser Yıldız Gülənin Türkiyəyə təhvil verildiyini iddia edib.

“Pensilvaniyadakı malikanəsi boşaldılaraq oradan götürülən Fətullah Gülənin sağlamlıq vəziyyəti günlərdir müzakirə olunur. “Ölür, ölür”, - deyilir. Gündəmə gələn son iddia isə ABŞ-nin Güləni Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) təhvil verdiyi, təyyarəsinin Türkiyəyə doğru uçduğu və bu məlumatların hələlik gizli saxlanıldığıdır”, - Yıldız öz yazısında qeyd edib.

Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı iddialar Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində də gündəmə gətirilib.

Komitə sədri Fuat Oktay bu barədə heç bir məlumatının olmadığını bildirib.

Türkiyə Xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay da bu barədə məlumatsız olduqlarını qeyd edib.

Bütün bu kimi müzakirələr fonunda ötən gün FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” sosial media hesabında Fətullah Gülənin yeni fotosu paylaşılıb.

Fətullah Gülənin hazırda harada olması ilə bağlı müzakirələr davam edərkən sözügedən fotonun paylaşılması yenidən müzakirələrə səbəb olub.(“Qafqazinfo” )Gülən Türkiyəyə təhvil verilib? - Yeni fotosu




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR