Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

Bu dəhliz Azərbaycandan Qərbə necə birləşəcək? - Putin

Bu dəhliz Azərbaycandan Qərbə necə birləşəcək? - Putin

Tarix: 6-06-2024, 09:23


Bu dəhliz (Şimal-Cənub dəhlizi - red.) çox sərfəli olacağına görə həmin layihəyə xarici investorlar, regional olmayan, lakin yaxın olan ölkələr, o cümlədən suveren ərəb fondları da maraq göstərir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə Şimal-Cənub dəhlizindən danışarkən deyib.

"Aydındır, çünki suveren fondlar həmişə etibarlı investisiya sahələri axtarır. Bu layihə etibarlı investisiyalardan biridir, çünki onun gəlirliliyinə təminat və zəmanət var.

Burada əlavə, araşdırma tələb edən məsələlər var. Bu dəhliz hansı ərazilər, o cümlədən Azərbaycanın hansı əraziləri üzrə olacaq və onu necə maliyyələşdirəcəyik? Bu, kredit şəklində olacaq, yoxsa Rusiya tərəfindən birbaşa maliyyələşdiriləcək? Bu dəhliz Azərbaycan ərazisindən Qərbə gedən yollarla necə birləşəcək? Sonra iranlı tərəfdaşlarımızla, dostlarımızla İran ərazisindən keçən bu yolun şaxələndirilmiş hissələrini necə inşa edəcəyimizi, bu şaxələrin dar və ya geniş olacağını müzakirə edərək yekunlaşdırmalıyıq. Ancaq ən başlıcası odur ki, hamı bu layihənin həyata keçirilməsinin tərəfdarıdır. Biz faktiki olaraq bu işə rəhbərlik məsələsini həll etmişik. Bizdə VTB bununla fəal şəkildə məşğul olur. Mən bu layihəni həyata keçirəcəyimizə qətiyyən şübhə etmirəm. Məsələ, əlbəttə ki, müddət və xərclərlə bağlıdır, lakin ümumən bu məsələlər, demək olar ki, işlənərək hazırlanıb. Beləliklə, bu, çox yaxşı bir layihədir, lakin birgə həyata keçirdiyimiz yeganə layihə deyil.

Bundan başqa, Azərbaycan Xəzəryanı dövlətdir, Xəzəryanı dövlətlərin beşliyinə daxildir və burada da, o cümlədən Xəzər dənizinin ekologiyası ilə bağlı məsələlərdə də bizim bir çox ümumi maraqlarımız var", - Putin qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR