Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycan BMT-də narkotiklərlə mübarizəyə dair qətnaməyə dəstək verib

Azərbaycan BMT-də narkotiklərlə mübarizəyə dair qətnaməyə dəstək verib

Tarix: 6-06-2024, 19:32


Azərbaycan və Ermənistanın BMT yanında daimi nümayəndəliyi Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə çıxarılan və qəbul olunan qətnamə layihəsinə birgə dəstək verib.

"Report"un ABŞ bürosu xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı zamanı təklif etdiyi "Mərkəzi Asiya ölkələrinin narkotiklərlə bağlı problemlərin effektiv həlli və aradan qaldırılması üçün vahid cəbhə kimi çıxış etməyə və əməkdaşlığa hazır olması haqqında" qətnamənin konsepsiyası Assambleyada müzakirəyə çıxarılıb.

Müzakirələrdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Nərmin Ahəngəri bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələrinin narkomaniya ilə bağlı çağırışlara cavab vermək və narkomaniyadan azad bir cəmiyyət yaratmaq, eləcə də dünyada narkotik probleminin effektiv həllinə və ona qarşı mübarizəyə töhfə vermək qətiyyətini alqışlayır:

"Azərbaycan Mərkəzi Asiyanın bütün beş ölkəsi ilə dostluq və konstruktiv əməkdaşlıq edir. Bir çox sahələrdə, o cümlədən nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, turizm sahələrində sıx əlaqələrimiz var və əməkdaşlığımızın daha da genişləndirilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan bu qətnamənin sponsorudur. Biz inanırıq ki, bu qətnamə dünyada narkotik probleminin həllində regional əməkdaşlığı inkişaf etdirəcək".

Qətnamə layihəsi Azərbaycan, Əlcəzair, Ermənistan, Bəhreyn, Belarus, Çin, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Qazaxıstan, Qırğızıstan, İran, İndoneziya, İordaniya, Mərakeş, BƏƏ, Oman, Pakistan da daxil olmaqla 30-dan çox üzv ölkə tərəfindən birgə dəstəklənib və qəbul olunub.

Sənəddə qeyd edilir ki, Mərkəzi Asiyada Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq regionda narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə ilə sıx bağlıdır.

Burada, həmçinin narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə kompleks tədbirlərin görülməsi, strateji təşəbbüslərin və fəaliyyət planlarının hazırlanması tələb olunur.

Qətnamədə, həmçinin narkotiklərlə bağlı problemlərin hərtərəfli həllində BMT, beynəlxalq maliyyə institutları və digər maraqlı tərəflərin Mərkəzi Asiya dövlətlərinə dəstəyinin genişləndirilməsinin vacibliyi vurğulanır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR