Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb, Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib,

Daha bir şəhidimiz dəfn edildi

Daha bir şəhidimiz dəfn edildi

Tarix: 6-06-2024, 19:54

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əkbərov İxtiyar Hüseyn oğlunun meyitinin qalıqları Gəncə şəhərinə gətirilib.

Şəhidin nəşi bu gün ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Əkbərov İxtiyar Hüseyn oğlu 13 oktyabr 1993-cü ildə Ağdərə rayonu ərazisində döyüş tapşırığını yerinə yetirən zaman itkin düşmüş sayılırdı. O, Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR