Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

İranın mühacir müxalifəti siyasi fəalların qorunmasına çağırış edib

İranın mühacir müxalifəti siyasi fəalların qorunmasına çağırış edib

Tarix: 7-06-2024, 10:02

ABŞ, Avstraliya, Böyük Britaniya, Kanada və Avropa İttifaqındakı İran hakimiyyətinə müxalif olan 25 siyasi təşkilatı və qrup birgə bəyanat yayaraq həmin ölkələrin rəhbərliyini siyasi, ictimai fəallarının təhlükəsizliyinin İslam Respublikasının hücum və təhdidlərindən qorumaq üçün qəti tədbirlər görməyə çağırıblar.

Məlumatı “ir.voanews.com” yayıb.

Məlumata görə, ABŞ-ın Merilend ştatında İranın helikopter qəzasında ölmüş prezidenti İbrahim Rəisinin ölümü şərəfinə mərasimin keçirilməsinə etiraz edənlər ölümlə hədələnib. Həmin mərasim ABŞ-ın Merilend ştatında Vaşinqton İslam Təhsili Mərkəzində keçirilib.

Bəyanatda bildirilib ki, Abbas (Navid) Bavi adlı başqa bir iranlı fəal Londonda İslam Respublikası tərəfdarlarının hücumuna məruz qalaraq onurğasından ağır zədə alıb.

Açıqlama müəllifləri qeyd edib ki, İslam Respublikası tərəfdarları tərəfindən idarə olunan “ictimai mərkəz” qarşısında iranlı müxaliflərin toplantısına hücum həyata keçirilib, nəticədə ən azı üç nəfər yaralanıb.

Bəyanatı imzalayan təşkilatlar və qruplar iranlı fəallara qarşı yönəlmiş zorakılıq və repressiyaların artması ilə bağlı dərin narahatlıqlarını ifadə edərək əlavə ediblər: “Bu insanlar azadlıq, insan haqları və ədalət uğrunda cəsarətlə mübarizə aparırlar, ancaq təzyiqlərə məruz qalır, daimi fiziki zorakılıqla üzləşirlər. Fəallara qarşı davamlı hücumlar təkcə fundamental insan haqlarını deyil, həm də azadlıq və demokratiyanın təməl dəyərlərini pozur”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR