Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Rəsmi nikah tələb etmədən dini kəbin kəsən axundlara nəzarət SƏRTLƏŞDİRİLİR – Komitədən XƏBƏRDARLIQ

Rəsmi nikah tələb etmədən dini kəbin kəsən axundlara nəzarət SƏRTLƏŞDİRİLİR – Komitədən XƏBƏRDARLIQ

Tarix: 7-06-2024, 15:50

 

Son illərdə nikah yaşına çatmayan qızlar gizli şəkildə dini kəbinlə evləndirilirlər. Çox vaxt da dini kəbini rəsmi nikahı olan kişilər başqa qızlarla münasibət qura bilmək üçün kəsdirirlər. Yəni ölkədə rəsmi nikah kitabçasını tələb etmədən dini kəbin kəsən xeyli sayda molla və axundlar var.

Onlara nəzarət niyə sərtləşdirilmir?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə Bizim.Media-ya bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası 2002-ci ildə dini kəbin kəsmə ilə bağlı fətva verib və din xadimlərinə nikah şəhadətnaməsi olmadan dini kəbin kəsməyi qadağan edib:

“Öz növbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlar tərəfindən bu məsələ ilə bağlı tədbirlər həyata keçirilib, erkən nikah və onun mənfi nəticələri barədə maarifləndirmə işi aparılıb. Məsələyə dini mahiyyət vermək cəhdlərinin qarşısının alınması məqsədilə bu istiqamətdəki maarifləndirmə işlərinə ilahiyyatçı mütəxəssislər və din xadimləri də cəlb olunub.  Hər il  dini icmalar və din xadimləri ilə birgə onlarla belə tədbir keçirilir”.

Cahandar Əlifzadə bununla yanaşı bəzən dini kəbin kəsmə ilə bağlı neqativ halların müşahidə olunduğunu da bildirib:

“Əksər hallarda belə kəbin kəsmələrin qurbanı azyaşlı, yetkin yaşına çatmayan qızlar olur. Bildiririk ki, hazırda din xadimlərinin fəaliyyəti  “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” ilə tənzimlənir. Qaydaya əsasən fəaliyyətində mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, habelə din xadiminin fəaliyyətinə zidd hərəkətlər aşkar edildikdə din xadimi vəzifəsindən azad edilir”.

Bizim.Media





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR