Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Makron Rusiyanı Moskvada saxlanılan Fransa vətəndaşını azad etməyə çağırıb

Makron Rusiyanı Moskvada saxlanılan Fransa vətəndaşını azad etməyə çağırıb

Tarix: 8-06-2024, 12:00

Makron Rusiyanı Moskvada saxlanılan Fransa vətəndaşını azad etməyə çağıraraq ona qarşı olan ittihamları təbliğat elementləri adlandırıb.

Fransa prezidenti Emmanuel Makron Rusiya hakimiyyətini Moskvada saxlanılan fransız Loran Vinatyeni azad etməyə çağırıb.

“Biz Rusiyanı bu işin bütün elementlərini aydınlaşdırmağa və onu mümkün qədər tez azad etməyə çağırırıq”, – deyə Makron Yelisey sarayındakı mətbuat konfransında deyib.

Qeyd edək ki, saxlanılan Fransa vətəndaşı Vinatie İsveçrə QHT Humanitar Dialoq Mərkəzində məsləhətçi kimi fəaliyyət göstərir. Məhkəmə onun haqqına avqustun 5-dək həbs qətimkan tədbiri seçib.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi (Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma) ilə ittiham olunur. Bu maddə üzrə maksimum həbs müddəti beş ilə qədərdir




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR