Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Yalan danışır, dedikləri absurddur - Simonyandan Zaxarovaya sərt ittiham

Yalan danışır, dedikləri absurddur - Simonyandan Zaxarovaya sərt ittiham

Tarix: 8-06-2024, 15:15

"Ümumiyyətlə, mən yalana, absurdluğa fikir vermirəm. O, sadəcə, yalan danışır. Mən onun yalanlarını şərh etmirəm”.

Bunu Ermənistan parlamentinin  spikeri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistanın və onun ünvanına olan ittihamlarına cavab verərkən deyib.

Erməni deputatların Ukraynaya səfəri ilə bağlı Zaxarovanın iddiasına reaksiya verən Simonyan deyib ki, buna  Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinə rəsmi cavab verməlidir. "Söz verirəm ki, cavab verəcək və ya yazacaq. Heç bir deputat heç kimin xəbəri olmadan harasa gedə bilməz, o cümlədən bir qrup deputat. Bu, sadəcə olaraq, yalandır", - o qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR