Son Xəbər: Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb, Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb,

Ərdoğan İspaniyaya gedəcək

Ərdoğan İspaniyaya gedəcək

Tarix: 10-06-2024, 21:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də İspaniyaya səfəri gözlənilir.

İki gün davam edəcək səfər çərçivəsində Prezident Ərdoğanın VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında və İspaniya-Türkiyə biznes forumunda iştirakı nəzərdə tutulur.

İspaniyanın Baş naziri Pedro Sançesin də iştirak edəcəyi və paytaxt Madriddə keçiriləcək forumun məqsədi ticarət, yaşıl transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığı artırmaqdır.

Qeyd edək ki, ötən il Türkiyə ilə İspaniya arasında qarşılıqlı ticarətin həcmi təxminən 19,2 milyard ABŞ dollarına çatıb. Türkiyədən İspaniyaya ixracatın həcmi 9,3 milyard dollar təşkil edib ki, bu da bütün dövrlərin ən yüksək göstəricisidir. İki ölkə arasında ticarətin əsasını avtomobil sektoru, geyim, kimyəvi maddələr, elektronika kimi sahələr təşkil edir.

Statistik rəqəmlərə əsasən, ötən il 775-dən çox ispan firması Türkiyədə fəaliyyət göstərib. Türk ilə ispan şirkətləri arasında əməkdaşlıq daha çox rəqəmsallaşma və yaşıl transformasiya sahələrini əhatə edir. Son səkkiz il ərzində ispan şirkətlərinin Türkiyəyə yatırdıqları sərmayə 10,5 milyard dollara çatıb. Hazırda səhiyyə və turizm sahələrində inkişaf ikitərəfli münasibətlərin gündəmində yer alır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR