Son Xəbər: Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH, Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub, Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir, Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir, İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB, Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar, Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib, Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib, İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib, Əli Əsədov Oljas Bektenovu təbrik edib,

Bir idmançının işinə bəraətlə xitam verildi - Hakim bütün vəsatətləri rədd etdi

Bir idmançının işinə bəraətlə xitam verildi - Hakim bütün vəsatətləri rədd etdi

Tarix: 13-06-2024, 14:11

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, həmçinin Tofiq Musayevin məhkəməsi başlayıb.

Xuliqanlıqda ittiham olunan idmançıların işini Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev araşdırır. 

İdmaçılardan yalnız T. Musayev azadlıqdadır. Məhkəmədə məlum olub ki, bu iş üzrə təqsirləndirilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş idmançı Mehman Məmmədovun cinayət işinə bəraətverici əsaslarla xitam verilib. 

Digər müttəhimlər saxlanıldıqları təcridxanadan məhkəməyə gətiriliblər. 

Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Ruslan Əfəndiyev və Tofiq Musayevin vəkilləri müvəkkilləri haqda cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər. Müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olmamaqla yanaşı ortada hadisə yoxdur. 

Həbsdə olan idmançılar məhkəmədən ev dustaqlığına buraxılmalarını istəyiblər. Onların vəkilləri bu barədə vəsatətlərini məhkəməyə təqdim ediblər.

Vüqar Kərəmovun vəkili Ülvi Məmmədov vəsatətinə əlavə edərək deyib ki, bu yaxınlarda Vüqarın birinci Qarabağ müharibəsində itkin düşən dayısının nəşi tapılıb. Amma müvəkkili həbsdə olduğu üçün nə dəfndə, nə digər mərasimlərində iştirak edə bilib. Vəkil qətimkan məsələsinə baxılarkən bu nüansa da diqqət yetirilməsini xahiş edib. Ruslan Əfəndiyevin vəkili isə müvəkkilinin 86 yaşlı xəstə anasının olduğunu diqqətə çatdırıb.

Bundan əlavə, vəkillərin hamısı məhkəmə istintaqının qapalı keçirilməsini istəyiblər. Təqsirləndirilən şəxslər də müdafiəçilərini dəstəkləyiblər. 

Prokuror Müslüm Şahmarov cinayət təqibinə xitam verilməsi və həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas olmadığını bəyan edib. Məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatətə isə “konsitutitsiyaya görə hər kəsin məlumat almaq hüququ var”, - deyə münasibət bildirərək qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Hakim qaldırılan bütün vəsatətlərin əsasız olunduğundan rədd edildiyini elan edib.

İlk baxış iclası iyunun 24-ə təyin edilib. 

Qeyd edək ki, idmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham olunurlar. 

Cinayət hadisəsi Səbail rayonu ərazisində baş verib. İttihama görə, idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR