Son Xəbər: CNN: Çin paradda bir sıra yeni güclü silahlar nümayiş etdirib, NASA: ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək, Polşa Prezidenti: ABŞ ölkəmizə təhlükəsizlik zəmanəti verib, Vens: Çikaqoya Milli Qvardiya yerləşdirmək planımız yoxdur, HƏMAS: Razılaşma çərçivəsində bütün girovları azad etməyə hazırıq, KİV: İsrail İordan çayının qərb sahilində öz suverenliyini elan edə bilər, Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək, Ərdoğan Putin və Zelenskinin hələlik görüşə hazır olmadığını bildirib, Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur, Zakir Həsənov Vyetnamda hərbi paradda iştirak edib,

Bu sənədlər telefonumuzda olacaq

Bu sənədlər telefonumuzda olacaq

Tarix: 13-06-2024, 15:24


Dörd şəxsi sənəd rəqəmsal sənəd statusunda telefonumuzda olacaq.


Bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Ekspert qeyd edib ki, əvvəl həmin sənədlər elektron formada olsa da, sadəcə məlumat xarakteri daşıyırdı: “Ötən gün Milli Məclisin komitə iclasında çox əhəmiyyətli, 15 il gözlənilən bir məsələ, nəhayət ki, müzakirəyə çıxarıldı.


Söhbət ölkəmizdə aşağıdakı sənədlərin rəqəmsal versiyasının hazırlanmasından gedir:


1. Şəxsiyyət vəsiqəsi;


2. Nigah şəhadətnaməsi;


3. Doğum haqqında şəhadətnamə;


4. Ölüm haqqında şəhadətnamə.


O.Gündüz xatırladıb ki, hazırda bir çox hökumət saytlarında, portallarda, myGov-da bu qeyd olunanlarla bağlı nələrisə elektron formada tapmaq olar: “Amma problem ondadır ki, həmin resurslarda olan bu sənədlər haqqında məlumatlar, sadəcə məlumat xarakteri daşıyırdı”.


Ekspert bildirib ki, dövlət qurumuna myGov-dakı məlumatları göstərdikdə onun məlumat deyil, rəqəmsal sənəd olaraq qəbul edilməsi ehtimalı sıfıra yaxın idi: “Ola bilər yalnız bəzi mütərəqqi fikirli məmurlar bunu sənəd olaraq qəbul edə bilərdilər. İndi isə Milli Məclisin komitəsində müzakirə olunan qanunlara dəyişikliklərdə söhbət ondan gedir ki, yuxarıda adı çəkilən sənədlər haqqında telefonunuzdakı myGov tətbiqində olan məlumatlar artıq rəqəmsal sənəd statusuna malik olacaq. Yəni siz telefonu çıxarıb MyGov-da şəxsiyyət vəsiqəniz haqqında məlumatı təqdim edəndə qarşı tərəf onu məlumat yox, sənəd olaraq qəbul edəcək.


Bu məsələ ölkədə rəqəmsal hökumət quruculuğuna sistemli formada başlanan 2010-cu illərdən bu yana həmişə müzakirə predmeti olub. Qonşu ölkələrin bir çoxu bu mərhələni keçib. Xatırlayıram ki, Qazaxıstan vətəndaşlarının mobil telefonunda 20+ sayda sənədin rəqəmsal versiyası var. Ümid edirəm İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) rəqəmsal transformasiyanı daha da sürətləndirəcək”.


O. Gündüz əlavə edib ki, eGov səlahiyyətləri ASAN-da olarkən bu məsələni həll etməyə çox çalışsalar da, öhdəsindən gələ bilməyiblər: “RİNN-in, İRİA-nın bu məsələni nəhayət ki, gündəmə gətirməsi böyük hadisədir və çox təqdirəlayiqdir. Bildirmək istərdim ki, üzdə görünən cəmi 4 qanuna dəyişiklik olsa da, bu kağız sənədlərin rəqəmsala çevrilməsi üçün İRİA təxminən 230-dan çox fərman və sərəncamlara, hökumət qərarlarna da dəyişiklikləri hazırlayıb və hökumətə təqdim edib. Ümid edirəm Milli Məclis tez bir zamanda qanunlara dəyişiklikləri təsdiqləyəcək.


Beləliklə, proses başa çatandan sonra vətəndaşın cibində, yaxud portmanatında qeyd olunan kağız sənədləri daşımağa ehtiyac qalmayacaq, o istənilən dövlət və ya özəl quruma, istənilən məmura yaxınlaşanda sadəcə telefonunu çıxarmaqla ən azı 4 sənədi təqdim edə biləcək.


Tam məsuliyyətlə qeyd etmək olar ki, bundan sonra ölkədə rəqəmsal transformasiya prosesləri hədsiz dərəcədə yüksələcək, məmur-vətəndaş münasibətləri daha da rəqəmsallaşacaq, xidmətlər daha rahat formada əldə olunacaq və təmassız olacaq”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR