Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

Prezident Qurban bayramı münasibətilə xalqı təbrik etdi

Prezident Qurban bayramı münasibətilə xalqı təbrik etdi

Tarix: 14-06-2024, 14:29

 
 
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Xalqımızı və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edən dövlət başçısı bildirib:

“Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar.

Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır”.

Dini bayramların, o cümlədən Qurban mərasimlərinin cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrildiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

“Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR