Son Xəbər: İstanbulda tramvayla avtobus toqquşub, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb, Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb,

COP29: “Paris Sazişi”nin əsas istiqamətləri üzrə kollektiv şəkildə irəliləyişə nail olmaq vacibdir

COP29: “Paris Sazişi”nin əsas istiqamətləri üzrə kollektiv şəkildə irəliləyişə nail olmaq vacibdir

Tarix: 14-06-2024, 15:52

COP29 sədrliyi Bonn İqlim Konfransı çərçivəsində iqlim məqsədlərinə nail olmaq üçün əsas prioritetləri müəyyən edib.

Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

“İyun ayında Bonnda keçirilən iqlim məsələlərinə dair görüşlərdən sonra COP29 sədrliyi iqlimin maliyyələşdirilməsinin vacibliyini və iqlim məqsədlərimizə nail olmaq üçün lazım olan şəffaflıq və etimadı vurğulayıb.

COP29 sədrliyi tərəflər arasında əldə edilən irəliləyişi alqışlayır.

Gündəliyi tez bir zamanda qəbul etməklə, 6-cı Maddə üzrə işi irəli aparmaq üçün istək nümayiş etdirərək və Yeni İqlim Maliyyə Məqsədi üçün yenilənmiş sənədlə irəliləyiş əldə etməklə müsbət başlanğıca başladıq.

İndi işimizin tempini dəyişməyə ehtiyac var. Biz COP29-da “Paris Sazişi”nin bütün istiqamətləri üzrə kollektiv şəkildə irəliləyişə nail olmaq üçün çağırışlar eşitdik. Bu çağırışların əsasında iqlim maliyyəsi dayanır.

Bu məqsədlə Azərbaycan səylərini gücləndirir və biz davam edən substantiv müzakirələrə dəstək olaraq siyasi iştirakın inteqrasiyasına sadiqik”, - paylaşımda qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR