Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

Gürcüstanda nifrət nitqi qalmaqalı: Müxalifətçi baş nazirə "autist" deyib

Gürcüstanda nifrət nitqi qalmaqalı: Müxalifətçi baş nazirə "autist" deyib

Tarix: 20-06-2024, 12:30

Gürcüstanlı müxalifətçi baş nazir İrakli Kobaxidzeni “autist” adlandırıb.

Bunu “Aqmaşenebeli Strategiya” partiyasının lideri Giorgi Vaşadze “TV Pirveli” telekanalında deyib.

O bildirib ki, seçki baxımından Kobaxidze insanlarla danışmayan, əl sıxmayan və həddən artıq təcrid olunmuş “autizmli insandır”.

Hakim partiya Vaşadzeni cəmiyyətdən üzr istəməyə və “biabırçı nifrət nitqi”nə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

“Autizmli insan yoxdur, yalnız autizm spektri pozğunluğu var. O, Kobaxidzeni təhqir etmək istəyir və autizm spektri pozğunluğu olan bütün insanları təhqir edir. ” - deputat Rati İonatamişvili bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR