Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

İZİA: Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 216 milyon manatı ötüb

İZİA: Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 216 milyon manatı ötüb

Tarix: 28-06-2024, 11:09

Hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 216 milyon manatdan çox olan 25 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb: “Hazırkı layihələrlə Sənaye Parkında ümumilikdə 2 000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 2 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 83,4 milyon manatdan artıq investisiyanın yatırılması, 700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkına 14 milyon manatdan çox investisiya yatırılıb, 20-dən artıq iş yeri yaradılıb".

O əlavə edib ki, hər iki sənaye parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir: “Bu ilin birinci yarımilliyində Ağdam Sənaye Parkı üzrə ümumi investisiya dəyəri 68 milyon manat olan 9 layihənin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı üzrə ümumi investisiya dəyəri 42,7 milyon manat olan 6 layihənin rezidentliyi təsdiqlənib. Hazırda da Agentlik tərəfindən bir sıra investisiya layihələrinə baxılır".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR