Son Xəbər: Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb, Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır,

Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır

Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır

Tarix: 1-07-2024, 15:26

 

Ermənistan bütün qonşularının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır. Ermənistan Cənubi Qafqazda uzunmüddətli sülhə sadiqliyini bir daha təsdiqləyir.

Bu sözləri Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Lili Minasyan ATƏT Parlament Assambleyasının Siyasi və Təhlükəsizlik Komitəsinin iclasında çıxışı zamanı deyib.

Ermənistan-Azərbaycan münasibətlərindəki son hadisələrdən danışan L.Minasyan deyib ki, bu ilin aprelində Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesinə başlayıb və bu, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi tərəfindən müsbət qarşılanıb. Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıması barədə ən yüksək səviyyədə razılığa gəliblər.

Deputatın sözlərinə görə, Ermənistan bu prinsipə sadiqdir və beynəlxalq səviyyədə tanınmış 29 min 743 kvadratkilometrdən artıq ambisiyaya malik deyil. Ermənistan Respublikası Azərbaycanın Qazax vilayətinin dörd kəndində və Ermənistanın Tavuş vilayətində sərhədlərin müəyyənləşdirilməsi prosesini həyata keçirmək təşəbbüsü ilə bu yanaşmanı praktiki olaraq sübut edib.

“Müstəqil dövlətçilik dövründə ilk dəfə olaraq Ermənistan-Azərbaycan sərhədinin 12 kilometrlik hissəsi müəyyən edilib. Ümid edirik ki, bütün sərhəd boyu demarkasiya prosesi ardıcıl olacaq və bütün mübahisəli məsələlər dinc danışıqlar yolu ilə həll ediləcək”, - deyə L.Minasyan vurğulayıb.(Azərtac)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR