Son Xəbər: İstanbulda tramvayla avtobus toqquşub, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb, Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb,

“25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib”

“25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib”

Tarix: 2-07-2024, 13:42

“2003-2023-cü illərdə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb”. 

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə “Polis Günü”nə və Polis Akademiyasının 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş mərasimdə deyilib.

V.Eyvazov qeyd edib ki, həmin müddətdə 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.

Həmçinin cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub. Bundan başqa 25 tona yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR