Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm”

“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm”

Tarix: 2-07-2024, 14:15

İran prezidentliyinə əsas namizəd, Güney azərbaycanlı Məsud Pezeşkianın sosial şəbəkələrdə yayılan müsahibəsi maraqla qarşılanıb.

Müsahibə bir müddət əvvəl alınsa da, seçkilər ərəfəsində gündəmə gəlib. 

Pezeşkian jurnalistin “Siz türksünüz yoxsa, kürd?” sualına belə cavab verib: “Mən Azərbaycanda, Məhabadda dünyaya gəlmişəm. Evdə uşaqlarıma əvvəldən fars dilində danışmağa icazə verməmişəm. Əvvəldən türk dilində danışmışıq. Qətiyyətlə demişəm, mən türkəm. Atam da türkdür, anam da. Türk olmağımla fəxr edirəm”.

Xatırladaq ki, İranda keçirilən prezident seçkilərinin birinci turuna Məsud Pezeşkian liderlik edib. Namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün iyulun 5-də ikinci tur baş tutacaq. İkinci turda İranın Ali liderinin respublikanın Milli Təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaq.(Qafqazinfo)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR