Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

Fərid Əhmədov daha bir hakimə yüksək vəzifə verdi

Fərid Əhmədov daha bir hakimə yüksək vəzifə verdi

Tarix: 3-07-2024, 15:28

Ali Məhkəmənin daha bir hakimi Ədliyyə Nazirliyində yüksək vəzifəyə  təyin edilib.

Söhbət Ali Məhkəmənin mülki kollegiyasının hakimi Vidadi Məmmədovdan gedir.

Nazir Fərid Əhmədovun əmri ilə Vidadi Məmmədov nazirliyin İcra xidmətinin rəisi təyin edilib.

Təyinatı ilə bağlı V.Məmmədovun hakimlik fəaliyyətinə xitam verilib.

Vidadi Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi vəzifəsində çalışıb. O,  Prezidentin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, bu yaxınlarda Ali Məhkəmənin hakimi Abiddin Hüseynov ədliyyə nazirinin müavini təyin edilmişdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR