Son Xəbər: Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib,

Onlar üçün xüsusi viza müraciət sistemi işə salındı

Onlar üçün xüsusi viza müraciət sistemi işə salındı

Tarix: 12-07-2024, 12:27

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasında (COP29) iştirak edəcək əcnəbilər üçün xüsusi viza müraciət sistemi işə salınıb.

Müvafiq məlumat COP29-un rəsmi internet portalında dərc edilib.

Qeyd edilib ki, əcnəbi iştirakçılar Azərbaycana birdəfəlik giriş vizası əldə etmək üçün sözü gedən sistemin xidmətlərindən istifadə edə bilər. Onlar Azərbaycanı tərk etmək və COP29-un davam etdiyi günlərdə yenidən geri qayıtmaq istəyərsə, bu halda bir daha UNFCCC-nin təqdim etdiyi qeydiyyat nömrəsindən istifadə edərək, viza müraciəti prosesini təkrarlamalıdır.

İştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra onlara e-poçtla UNFCCC qeydiyyatını təsdiqləyən viza üçün müraciət linki göndəriləcək. Saytdakı məlumatda diqqətə çatdırılıb ki, bu məqsədlə Azərbaycana gələcək əcnəbilərin pasportları aktiv olmalı, etibarlılıq müddəti ölkəmizin ərazisinə daxil olduqları tarixdən azı 6 ay sonrakı dövrü əhatə etməlidir.

İştirakçılara göndəriləcək xüsusi elektron viza formasında sözügedən sənədin verilmə müddəti qeyd olunacaq. Orada əks edilən məlumatlarda viza sənədinin 30 noyabr 2024-cü ilədək qüvvədə olması göstəriləcək.

“COP29 xüsusi vizasında vizanın verilmə tarixi qeyd ediləcək və bu viza 30 noyabr 2024-cü il tarixinədək etibarlı olacaq.

Viza sahibləri Azərbaycan Respublikasına bu tarixdən əvvəl daxil olmalıdırlar”, - məlumatda bildirilib.

Vizanın əldə olunması üçün hər bir iştirakçı link vasitəsilə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədlərin elektron versiyalarını təsdiq məqsədilə portala yükləməlidirlər:

“Müraciət təsdiq edildikdən sonra COP29 xüsusi vizanızı vebsaytdan yükləməyiniz üçün sizə vizanızı təsdiq edən e-poçtla link göndəriləcək. İştirakçılara UNFCCC-də qeydiyyat təsdiqləndikdən dərhal sonra COP29 xüsusi vizası üçün müraciət etmələri tövsiyə olunur. Vizanın statusunu izləmək üçün UNFCCC qeydiyyatını təsdiq edən e-poçtdakı viza portalı linkindən istifadə edilməlidir”.

Həmçinin iştirakçılar vizaların verilməsi ilə bağlı suallar üçün visas@unfccc.int elektron poçt ünvanına müraciət edə bilərlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR