Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

Livan dünya dövlətlərini İsrailin hücumunun nəticələri barədə xəbərdarlıq edib

Livan dünya dövlətlərini İsrailin hücumunun nəticələri barədə xəbərdarlıq edib

Tarix: 13-07-2024, 07:34

Livan dünya dövlətlərini İsrailin hücumunun nəticələri barədə xəbərdarlıq edib

Livanın cənubunda hərbi eskalasiya Yaxın Şərqi təhlükəli nəticələrlə təhdid edir, ona görə də bütün tərəflər dialoqa və sülh yolu ilə həll yollarına üstünlük verməlidir.

Bunu Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdalla Bu Həbib deyib.

Onun sözlərinə görə, İsrailin Livana hücumu baş verərsə, bu, xarici oyunçuların iştirak edəcəyi regional müharibəyə səbəb ola bilər:

“Münaqişə təkcə Livan və İsrail üçün deyil, bəlkə də qonşu Suriya və İordaniya üçün dağıdıcı nəticələrə səbəb olacaq, dəhşətli olacaq”.

Nazir əlavə edib ki, Livan hökuməti İsraillə sərhəddə sabitliyi bərpa etməyə və mövcud sərhəd mübahisələrini danışıqlar yolu ilə həll etməyə sadiqdir:

“Bir-birini öldürmək ən yaxşı həll yolu deyil, təhlükəsizliyi təmin etməyəcək, dialoq və sakitliyə ehtiyac var. Beynəlxalq vasitəçilər Livan-İsrail sərhədində hərbi gərginliyi azaltmağa yönəlmiş diplomatik səylərini davam etdirirlər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR