Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

İTV üzr istədi

İTV üzr istədi

Tarix: 15-07-2024, 16:57

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Avropa Çempionatının final oyununun yayımı zamanı yaranmış texniki problemə görə tamaşaçılardan üzr istəyib.

Bu barədə telekanalın rəsmi feysbuk hesabında paylaşım edilib.

Bildirilib ki, efirdən əvvəl edilən test zamanı bu kimi problem qeydə alınmayıb: “Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı. Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik”.

Qeyd edək ki, yayım zamanı səs və görüntü uyğunsuzluğu sosial şəbəkələrdə tənqid edilib. Belə ki, şərhçi qarşılaşmanı birbaşa Almaniyadan şərh etdiyi üçün səs və görüntü arasında təxmini 3-5 saniyə fərq hiss olunub. Müzakirələri əsasən İspaniya millisinin üzvü Niko Uilyamsın qol vurduğu kadrın şərhdən bir neçə saniyə sonra yayımlanması ətrafında aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR