Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Sabiq bələdiyyə sədri barəsində bəraət hökmü ləğv edildi

Sabiq bələdiyyə sədri barəsində bəraət hökmü ləğv edildi

Tarix: 15-07-2024, 18:32

Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun bəraət alması ilə bağlı hökmdən prokurorun verdiyi protestə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Məhkəmənin qərarına əsasən, prokurorun protesti təmin edilib və birinci instansiya məhkəməsinin Əhməd Hüseynov barəsində çıxarılan bəraət hökmü ləğv edilib.

Məhkəmə iş üzrə yeni hökm qəbul edib. Hökmə əsasən, Əhməd Hüseynov barəsində sınaq müddəti seçilməklə şərti cəza verilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Hüseynov barəsində bəraət hökmü verilib. Hökmdən narazı qalan prokuror hökmün işin faktiki halları ilə uyğun olmadığını hesab edərək protest verib.

Qeyd edək ki, Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.(Report)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR