Son Xəbər: Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb, Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər, Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır, Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq, Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB, Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb, İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər, Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb, İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər, Sabah yağış yağacaq, şimşək çaxacaq,

Səfir: Aİ-nin dəstəyilə Azərbaycanda insanların həyatının xilas edilməsindən qürur duyuruq

Səfir: Aİ-nin dəstəyilə Azərbaycanda insanların həyatının xilas edilməsindən qürur duyuruq

Tarix: 16-07-2024, 13:58

Səfir: Aİ-nin dəstəyilə Azərbaycanda insanların həyatının xilas edilməsindən qürur duyuruq

Avropa İttifaqının (Aİ) minatəmizləmə sahəsində Azərbaycana dəstək layihəsinin rəhbər komitəsinin onlayn iclası keçirilir

Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Minalardan təmizləmə sahəsində Azərbaycana dəstək layihəsinin rəhbər komitəsinin onlayn iclasında iştirak edirəm. Biz qürur duyuruq ki, Aİ-nin dəstəyi ilə Azərbaycanda insanların həyatı xilas edilir, o cümlədən konkret nəticələr əldə edilir. Xüsusilə qadın minatəmizləyicilərdən ibarət ilk komandanın yaradılması və bu prosesə Avropadan qeyri-hökumət təşkilatlarının (Links Europe, MAG, APOPO, IEPF) cəlb edilməsi qürurvericidir”, - paylaşımda vurğulanıb.

Diplomat, həmçinin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərliyinə “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) layihəsinin həyata keçirilməsində əməkdaşlığa görə təşəkkürünü bildirib.

 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR