Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Baş Prokurorluq o video ilə bağlı rəsmi xəbərdarlıq etdi

Baş Prokurorluq o video ilə bağlı rəsmi xəbərdarlıq etdi

Tarix: 24-07-2024, 18:19

Baş Prokurorluq media qurumuna xəbərdarlıq edib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda qeyd olunub ki, qanunvericiliyə əsasən vətəndaşların ailə və şəxsi həyatına aid sirr olan məlumatların, istintaq sirrinin, zorakılıq və qəddarlığı təbliğ edən və ya cinayət əməllərinə haqq qazandıran məlumatların yayılması yolverilməzdir:

“Təəssüflə bildiririk ki, iyulun 24-də “oxu.az” xəbər saytı tərəfindən qanunvericiliyin tələbləri pozularaq Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işi üzrə istintaq sirrini təşkil edən, zərərçəkmiş şəxs Ayşən Kazımovaya aid şəxsi və ailə sirrini açıqlayan, habelə iş üzrə digər halları əks etdirən, qanunvericiliklə yayılması qadağan edilən məlumatların yer aldığı videogörüntü ictimailəşdirilmişdir.

Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

Baş Prokurorluq tərəfindən “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən “oxu.az” xəbər portalına paylaşılan həmin videogörüntülərlə bağlı rəsmi xəbərdarlıq edilmişdir.

Odur ki, media subyektlərindən cinayət işləri üzrə məlumatlar ictimailəşdirilən zaman həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumla dəqiqləşdirmə aparmadan məlumatların yayılmasından çəkinməyi xahiş edirik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR