Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Abituriyentlərin diqqətinə: İxtisas seçimində bu keçid ballarından İSTİFADƏ EDİN!

Abituriyentlərin diqqətinə: İxtisas seçimində bu keçid ballarından İSTİFADƏ EDİN!

Tarix: 31-07-2024, 15:14

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-2025-ci tədris ili üzrə respublikanın ali məktəblərinə ixtisas seçiminin vaxtını elan edəcək. İxtisas seçimi 9 - 19 avqust tarixlərində aparılacaq.İxtisas seçimi müsabiqəsinə buraxılacaq abituriyentləri ən çox düşündürən məsələlərdən biri builki keçid ballarının hansı həddə olacağı ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzinin açıqlamasında qeyd edilib ki, builki keçid balları müsabiqə nəticəsində formalaşacaq.

DİM-dən bildirilib ki, abituriyentlər ixtisas seçimi zamanı keçən il formalaşmış keçid ballarından istifadə edə bilərlər.

“Keçən il formalaşmış keçid balları 2 nömrəli "Abituriyent" jurnalında dərc olunub. Abituriyentlər istiqamət götürmək üçün həmin ballara baxa bilərlər. Ancaq nəzərə almaq lazımdır ki, həmin ballar dəyişə də bilər. Çünki keçid balları müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olunan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır”, - deyə DİM-dən bildirilib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR