Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Paris-2024: Bu gün Azərbaycanın üç güləşçisi və bədii gimnastı qalib adı uğrunda yarışacaq

Paris-2024: Bu gün Azərbaycanın üç güləşçisi və bədii gimnastı qalib adı uğrunda yarışacaq

Tarix: 8-08-2024, 08:50

Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

Həmçinin yunan-Roma güləşi yarışlarında ölkəmizi təmsil edən Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

İlk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq.

O, öncə topla (12:30), sonra halqa (14:00) ilə bacarığını göstərəcək. Gimnast ardınca lentlə (17:30) və gürzlə (19:00) çıxış edəcək.

Ardınca sərbəst güləşçilər ilk görüşlərinə çıxacaqlar.

Saat 13:00-da başlayan qarşılaşmalarda təmsilçimiz Osman Nurmaqomedov (86 kq) Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) isə özbəkistanlı Qulomjon Abdullayevlə görüşəcək.

Hər iki idmançımız 1/8 finaldan başlayacaq.

Saat 20:15-də isə yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR