Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

ÇAXAL meydan oxudu: Çox sürətli hücuma keçəcəyik!

ÇAXAL meydan oxudu: Çox sürətli hücuma keçəcəyik!

Tarix: 8-08-2024, 09:16

İsrail ordusu yüksək hazırlıq vəziyyətindədir və istənilən hücuma tez cavab verə biləcək.

Bu sözləri İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib.

“Biz Livanın istənilən yerində, Qəzzada, Yaxın Şərqin istənilən yerində çox sürətli hücum həyata keçirə biləcəyik. Düşmənlərimizə, bizə hücum edənlərə, hər çıxışında İsrail dövlətini necə məhv etmək istədiklərindən danışanlara çox açıq mesaj göndərəcəyik. Biz onları vuracağıq və güclənməyə davam edəcəyik”, - Halevi bildirib.

O bildirib ki, Yəhya Sinvarın HƏMAS-ın siyasi lideri seçilməsi onu məsuliyyətdən azad etmir:

“Yəhya Sinvar yeni vəzifə aldı; o, HƏMAS Siyasi Bürosunun rəhbəridir. Bu siyasi titul onu 7 oktyabrda baş verənlərin bütün planlaşdırılması və icrasında iştirak edən qatil olmasından azad etmir və ona görə də titulunun dəyişdirilməsi onu nəinki axtarmağa mane olmayacaq, əksinə, bizi həvəsləndirəcək. Biz onu tapmaq, vurmaq və HƏMAS-ı yenidən Siyasi Büro rəhbərini dəyişməyə məcbur etmək üçün hər cür səy göstərəcəyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR