Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

KİV: Sinvarın HƏMAS lideri seçilməsi İsraillə sülh danışıqlarını çətinləşdirə bilər

KİV: Sinvarın HƏMAS lideri seçilməsi İsraillə sülh danışıqlarını çətinləşdirə bilər

Tarix: 8-08-2024, 16:31

Yəhya Sinvarın Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun yeni rəhbəri seçilməsi İsraillə Qəzza zolağında atəşkəslə bağlı danışıqları çətinləşdirə bilər.

Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Bildirilib ki, Sinvar HƏMAS lideri olarsa, ABŞ-nin Fələstində sülhün əldə edilməsi cəhdlərinə mane ola bilər. Onun İsraili güzəştə getməyə məcbur etmə üçün “sərt xətt” və “maksimalist mövqe” tərəfdarı olacağı qeyd edilir.

Öz növbəsində, İsrailin sağ təmayüllü siyasətçiləri HƏMAS-ın hərbi potensialının tamamilə məhv edilməsi və Sinvarın öldürülməsi məsələsində güzəştsiz mövqe tuturlar. Bu isə Baş nazir Benyamin Netanyahunun onlarla mümkün atəşkəs şərtlərini razılaşdırmasını çətinləşdirir.

Qəzet əlavə edib ki, HƏMAS-ın yeni liderinin İsrail ordusunun bir nömrəli hədəfinə çevrilməsi onun hərəkata rəhbərlik etməsinə və atəşkəslə bağlı danışıqlar aparmasına mane olur.

Xatırladaq ki, Sinvar avqustun 6-da HƏMAS Siyasi bürosunun rəhbəri seçilib.( TASS)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR