Son Xəbər: MSK nəticələri Konstitusiya Məhkəməsinə göndərdi, Fransa Ermənistanı növbəti fəlakətə sürükləyir - ŞƏRH, İkinci sui-qəsd: Trampın reytinqi yenə qalxdı, Mehriban Əliyevadan Bilik Günü ilə bağlı - Paylaşım, Bakının bütün yolları tam olaraq açıldı, Rusiya ordusunda yeni həbslər - Təcili, Payız üçün ən ideal istirahət şəhəri – Tarixi abidələr, çimərliklər, Konsert zamanı səhnədə əlbəyaxa dava etdilər, İlk dərs günü şagird sinif yoldaşını bıçaqladı, Sabah yağış yağacağı gözlənilir - PROQNOZ,

Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını DAYANDIRDI

Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını DAYANDIRDI

Tarix: 9-08-2024, 11:28

Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Respublikasının  Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.

Polad Bülbüloğlu, seçkiqabağı təşviqatda iştirak etmək üçün Azərbaycana gəlib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə saytımıza açıqlamasında məlumatı təsdiq edib. 

"Səfir qanunvericiliyə əsasən ödənişsiz məzuniyyətdədir. Səfirlikdə müvəqqəti işlər vəkili var",- o deyib.

Qeyd edək ki,  Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. 

O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb. Qanunvericiliyin tələbinə görə, P.Bülbüloğlu deputat seçiləcəyi halda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən istefa verməlidir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR