Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Cavabımız sərt olacaq – İranlı general

Cavabımız sərt olacaq – İranlı general

Tarix: 12-08-2024, 17:29

Tehran İsrail tərəfinin hərəkətlərinə layiqli və sərt cavab verəcək.

Bunu "Ordu-2024" forumunda iştirak edən İranın Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat şöbəsinin rəis müavini, briqada generalı Əli Şadmani deyib.

"İranın nöqteyi-nəzərindən, terrorçu qruplaşma HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qətlə yetirməklə bölgədə təhlükəsizlik balansını pozdu. Bunu dünyadakı çoxluq həll etmir, İran kimi güclü bir ölkə özü buna cavab verməlidir. Qisas üsulunu bizim ruhani liderimiz müəyyən edib. Bu, asan bir seçim deyildi", - deyə o bildirib.

General qeyd edib ki, bu vəziyyətə təsir edən iki amil var - bölgədəki vəziyyət və daxili məsələlərə yönəlmiş ikinci amil:

"Bütün dövlət xadimləri yekdilliklə bu qənaətə gəliblər ki, cavab ləyaqətli və sərt olmalıdır".

Xatırladaq ki, iyulun 31-də İsmayıl Haniyə Tehranda gecələdiyi evə raketin birbaşa düşməsi nəticəsində öldürülüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR