Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Rezidenturaya qəbulun nəticələri açıqlandı

Rezidenturaya qəbulun nəticələri açıqlandı

Tarix: 14-08-2024, 16:45

 

2024/2025-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələri elan edilib.


Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 599 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 564 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.


Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 15-i günün ikinci yarısından etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.


Rezidenturaya qəbul olunanlar 20 - 26 avqust (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi  internet saytında veriləcək.


Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaq. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.


Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin rəsmi  internet saytında veriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR