Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Vardanyanın Xankəndidəki "iş otağı"ndan görün nə tapıldı

Vardanyanın Xankəndidəki "iş otağı"ndan görün nə tapıldı

Tarix: 17-08-2024, 09:41

Ruben Vardanyanın Xankəndidə "iş otağı"ndan tapılmış “Naxçıvan atlası” bizə təqdim olunub və hazırda bu atlası təhlil edirik.

Bu barədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov məlumat verib.

O, bildirib ki, bu atlası 2012-ci ildə Erməni Memarlıq Fondu nəşr edib, atlasda yer alan xəritələr başdan-ayağa saxtakarlıqlar üzərində qurulub:

“Atlasda iddia olunub ki, guya Naxçıvan daim erməni dövlətlərinin və knyazlıqlarının tərkibində əyalət olub. Bu xəritələr Azərbaycana qarşı ərazi iddialarıdır. Atlasda ilk xəritə guya yunan mütəfəkkiri Ptolemeyin II əsrdə yazdığı “Coğrafiya” əsəri əsasında tərtib olunub və orada “Böyük Ermənistan”dakı yer adları erməni toponimləri ilə verilib. Ancaq elmi ictimaiyyətə çoxdan məlumdur ki, Ptolemeyin “Coğrafiya” əsəri günümüzə gəlib çatmayıb, əsərin orijinalı IV əsrdə itib və yalnız 1000 il sonra versiyalarından biri tapılıb, iki dəfə də həmin versiya bir-birinə tam uyğun gəlməyən formada latın dilinə tərcümə olunub”.

Müqabil Bayramov onu da deyib ki, atlasda saxtalaşdırılmış bir sıra xəritələrdə Naxçıvan ərazisi heç bir əsas olmadan qırmızı xətlərlə işarələnib:

“Bu atlas Azərbaycana qarşı ərazi iddialarının guya tarixi legitimliyini saxtakarlıqlarla əsaslandırmaq üçün ucuz təbliğat materialıdır. Kartoqrafiya ciddi sahədir, onu siyasi oyunbazlığın alətinə çevirmək olmaz. Düşündürücüdür, Vardanyan Naxçıvanla niyə bu qədər maraqlanıb?! Görünür, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı onun çox arzusunu ürəyində qoyub”.

Vardanyanın Xankəndidəki "iş otağı"ndan görün nə tapıldı

 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR