Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar müvəqqəti seçki məntəqələrinin yaradılması üçün son gündür

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar müvəqqəti seçki məntəqələrinin yaradılması üçün son gündür

Tarix: 26-08-2024, 12:12

Bu gün sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar müvəqqəti seçki məntəqələrinin formalaşdırılması üçün son gündür.

Bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Qanunvericiliyə görə, hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması müstəsna hallarda müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən həyata keçirilir.

Müvəqqəti seçki məntəqələrinin yaradılması səsvermə gününə azı 5 gün qalanadək yekunlaşdırılmalıdır.

Təqvim Planında bu tarix 2024-cü il avqustun 27-dək nəzərdə tutulub.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı indiyəqədərki məlumatlara əsasən, parlament seçkilərində ölkə üzrə 6 477 seçki məntəqəsi fəaliyyət göstərəcək. Onlardan 6 343-ü daimi, 134-ü müvəqqətidir. Lakin qurum müvəqqəti seçki məntəqələrinin sayının artırıla biləcəyini istisna etməyib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR