Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Elmar Məmmədyarov istefaya göndərilir? - İddialara cavab

Elmar Məmmədyarov istefaya göndərilir? - İddialara cavab

Tarix: 27-04-2020, 21:42

“Leyla Abdullayeva bu açıqlaması ilə Elmar Məmmədyarova qarşı hücumları sanki neytrallaşdırdı”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeniscag.az-a açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarovun istefaya göndəriləcəyi haqda iddialara münasibət bildirən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
İlham İsmayılın sözlərinə görə, cəmiyyətdə bununla bağlı gözləntilərin yaranmasının əsas səbəbi Elmar Məmmədyarovu tənqid edənlərin sırasına millət vəkillərinin də qoşulmasıdır:
“Bəzi millət vəkillərinin tənqidi çıxışları belə bir fon yaradır ki, yəqin Elmar Məmmədyarovun istefaya göndərilməsinə zəmin hazırlanır. Ancaq ölkənin telekanallarında xarici işlər naziri çox ciddi müdafiə olunursa, deməli, belə bir gözlənti üçün əsas yoxdur?
Yeri gəlmişkən Xarici İşlər Nazirliyinin sözcüsü Leyla Abdullayeva o gün çox yaxşı bir söz dedi. O, bildirdi ki, XİN rəhbəri dövlət başçısının müəyyənləşdirdiyi siyasəti həyata keçirir. Dövlət başçısı isə bu fəaliyyəti yüksək qiymətləndirir. Nazirlik sözcüsünün bu açıqlaması boşuna deyildi. Leyla Abdullayeva bununla Elmar Məmmədyarova qarşı hücumları sanki neytrallaşdırdı”.
Erməni mətbuatının bu məsələ ilə bağlı göstərdiyi canfəşanlığa gəldikdə isə İlham İsmayıl bunları deyib:
“Erməni mətbuatı Elmar Məmmədyarov “bombardıman edildiyini” və tezliklə istefaya göndəriləcəyi haqda fikirlərə geniş yer verir. Hətta erməni mətbuatında bütün diplomatik uğursuzluqların Elmar Məmmədyarovun ayağına yazılacağı iddia olunur. Yəni düşmən ölkənin mətbuatının bu məsələyə yanaşması belədir.
Amma nə yazılır, yazılsın, Elmar Məmmədyarovun istefası ən azı yaxın perspektiv üçün aktual deyil”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR