Son Xəbər: MSK nəticələri Konstitusiya Məhkəməsinə göndərdi, Fransa Ermənistanı növbəti fəlakətə sürükləyir - ŞƏRH, İkinci sui-qəsd: Trampın reytinqi yenə qalxdı, Mehriban Əliyevadan Bilik Günü ilə bağlı - Paylaşım, Bakının bütün yolları tam olaraq açıldı, Rusiya ordusunda yeni həbslər - Təcili, Payız üçün ən ideal istirahət şəhəri – Tarixi abidələr, çimərliklər, Konsert zamanı səhnədə əlbəyaxa dava etdilər, İlk dərs günü şagird sinif yoldaşını bıçaqladı, Sabah yağış yağacağı gözlənilir - PROQNOZ,

Putin Si Cinpinin müavini ilə GÖRÜŞÜB

Putin Si Cinpinin müavini ilə GÖRÜŞÜB

Tarix: 4-09-2024, 12:58

Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu (EEF) çərçivəsində Çin Xalq Respublikasının sədr müavini Han Jenqlə görüşüb.

Putin Çin sədri Si Cinpinin oktyabrda Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcəyini və onunla ikitərəfli görüş keçirəcəyini gözləyir.

Onun sözlərinə görə, ölkələrin birgə səyləri sayəsində “Çin və Rusiya arasında münasibətlər görünməmiş yüksək səviyyəyə çatıb”.

"Ümid edirəm ki, Şərq İqtisadi Forumunda bugünkü görüşlər və sabahkı birgə iş zamanı biz qarşılıqlı fəaliyyətimizin yeni sahələrini axtarıb tapa biləcəyik", - Vladimir Putin söyləyib.

EEF 3-6 sentyabrda keçirilir. Bu gün, sentyabrın 4-də Rusiya prezidentinin Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin və Malayziyanın baş naziri Ənvər İbrahimlə də görüşü nəzərdə tutulub.

May ayında Putin Çinə iki günlük səfər etmiş və Si Cinpin ilə görüşmüşdü. Avqustda Rusiya prezidenti Kremldə Çin Xalq Respublikası Dövlət Şurasının sədri Li Çianqı qəbul edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR