Son Xəbər: Prezident İlham Əliyev Trampa təşəkkür edib, İstanbulda tramvayla avtobus toqquşub, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb, Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib,

MSK-nın bugünkü iclasında nələr müzakirə edildi...

MSK-nın bugünkü iclasında nələr müzakirə edildi...

Tarix: 4-09-2024, 18:51

Sentyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

İclasda sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.

Beynəlxalq müşahidə missiyası və media subyektləri nümayəndələrinin bilavasitə iştirakı ilə keçirilən iclasda əvvəlcə müraciətlər barədə ətraflı məlumat verilib, eyni zamanda, araşdırma və baxılma prosesinə dair qanunvericiliyin tələbləri bir daha diqqətə çatdırılıb.

Komissiya üzvlərinin geniş müzakirəsindən sonra vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada operativ şəkildə baxılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının iclasında, həmçinin cari məsələlərə də baxılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR