Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər

Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər

Tarix: 7-09-2024, 09:43

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti medalını qazana bilər.

İdmançı bu dəfə 400 metr məsafədə bacarığını göstərəcək.

Paraatletikada final yarışları Bakı vaxtı ilə saat 12:21-də başlayacaq.

Bu gün Azərbaycanın daha beş təmsilçisi turnirdə çıxış edəcək. Digər paraatlet Orxan Aslanov (T13 kateqoriyası) uzunluğa tullanmada mükafatçılar sırasına düşməyə cəhd göstərəcək.

Paracüdoçulardan Xatirə İsmiyeva (J1 kateqoriyası, +70 kq), Dürsədəf Kərimova (J2 kateqoriyası, +70 kq) və İlham Zəkiyev (J1 kateqoriyası, +90 kq) uğur qazanmağa çalışacaqlar. Mübarizəyə saat 11:30-da start veriləcək.

Paraüzgüçü Raman Saley (S12 kateqoriyası) də növbəti dəfə medal əldə edə bilər. O, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə yarışacaq. Təsnifat saat 12:47-də olacaq.

Qeyd edək ki, Azərbaycanın aktivində hələlik 7 mükafat var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (uzunluğa tullanma) və Lamiyə Vəliyeva (100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) ilə Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək) bürünc medala sahib çıxıblar. Ölkə medal sıralamasında 32-ci pillədə qərarlaşıb. Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR