Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas

Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas

Tarix: 7-09-2024, 16:19

 
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin maddi-texniki təminat üzrə idarə, şöbə (bölmə) və xidmət rəisləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, toplanışda Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Eldəniz Yəhyayev iştirak edib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Toplanışda cari il ərzində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, maddi-texniki təminatın vəziyyəti və bu sahədə həyata keçirilən islahatlar təhlil olunub.

Tədbirdə çıxış edən general-mayor E.Yəhyayev Azərbaycan Ordusunda maddi-texniki təminat sahəsində görülən tədbirlər və qarşıda duran başlıca vəzifələrdən danışıb. Həmçinin maddi-texniki təminat üzrə ümumi vəziyyət, silahlanmaya yeni daxil edilmiş silah, texnika və digər vasitələrin uçotu, onların istismarı haqqında məlumatların çatdırılması, qoşunlarda maddi-texniki təminatın perspektivləri və qış dövrünə hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Bundan başqa Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər çərçivəsində maddi-texniki təminatın vahid mərkəzdən daha operativ idarə olunmasını təmin etmək məqsədilə yeni məlumat sisteminin yaradılmasından danışılıb. Sonda Müdafiə Nazirliyinin rəhbərliyinin maddi-texniki təminatın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqları aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR