Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Həmin dairədə 6 məntəqədə qanun pozuntuları olub - Rəsmi

Həmin dairədə 6 məntəqədə qanun pozuntuları olub - Rəsmi

Tarix: 13-09-2024, 17:59

70 saylı Neftçala seçki dairəsindən namizəd Vəfa Nağı seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.

Bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK-nın ekspert qrupunun üzvü Ramiz İbrahimov məlumat verib.

Müraciətçi sözügedən dairənin 23 seçki məntəqəsində qanun pozuntularının olmasını iddia edib və səsvermə nəticələrinin ləğvini tələb edib.

Müraciət MSK ekspert qrupunun üzvləri tərəfindən araşdırılıb. Vəfa Nağıyeva təşviqat dövründə qayda pozuntularının olduğunu, bir seçicinin digər məntəqələrdə də səs verdiyini, səsvermə qutusuna birdən çox bülletenin atıldığını iddia edib.

Araşdırma prosesində namizəd özü ilə gətirdiyi protokolları verməkdən imtina edib və bildirib ki, protokolları lazım olan yerlərə verəcək.

Lakin ekspert qrupunun üzvləri qeyd edib ki, protokollar araşdırılması üçün məhz MSK-ya verilməlidir.

Müraciətçinin təqdim etdiyi videogörüntülərdə isə pozuntuların olmaması müəyyən edilib. Lakin təqdim olunan videogörüntülərə əsasən, 24, 27, 34, 35, 48 və 49-cu seçki məntəqələrində bu və ya digər şəkildə seçicilərin iradəsinə təsir edə biləcək qanun pozuntularının olduğu müəyyən edilib.

Beləliklə, 70 saylı Neftçala seçki dairəsindən namizəd Vəfa Nağıyevanın müraciəti qismən təmin edilib və sözügedən məntəqələrdə səsvermə nəticələri etibarsız hesab olunub. Təklif səsə qoyularaq qəbul edilib.

Məlumat üçün bildirək ki, sözügedən dairədə lider namizəd Tənzilə Rüstəmxanlıdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR