Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Alla Puqaçova istənilən vaxt Rusiyaya gələ bilər, əri isə yox

Alla Puqaçova istənilən vaxt Rusiyaya gələ bilər, əri isə yox

Tarix: 16-09-2024, 10:40

SSRİ xalq artisti Alla Puqaçova istənilən vaxt Rusiyaya problemsiz qayıda bilər. Lakin bir şərtlə ki, əri, komediya ustası Maksim Qalkin onunla Rusiyaya gəlməyəcək.

Bu barədə Rusiya mətbuatı yazıb.

Qeyd edilib ki, Rusiya Federasiyası Puqaçovaya qarşı heç bir sanksiya tətbiq etməyib və ona qarşı cinayət işi başlatmayıb.

Bununla belə, Maksim Qalkinin Rusiya əleyhinə bəyanatları və NATO-ya üzv ölkələri dəstəkləməsi ona Rusiya Federasiyasına daxil olarkən ciddi problemlər yarada bilər. Çox güman ki, Qalkin ya Rusiya Federasiyası ərazisinə buraxılmayacaq, ya da Rusiya Federasiyası ərazisinə daxil olan kimi həbs olunacaq.

Qeyd edək ki, Qalkin xarici agentin hüquqi statusuna malikdir, lakin bu, onun Rusiya Federasiyasına gəlməsinə mane olmur. Problem onun ifadələrindədir ki, onun əsasında cinayət işi açıla bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR