Son Xəbər: Prezidentlə oğlu Ağdamda təməlqoyma mərasimində iştirak etdilər - Fotolar, Ağdamda tikilən evlərin - Fotoları, Əfqanıstanda yalnız şəriət qanunları hökm sürür - Taliban, Livandakı partlayışlarda ölənlərin sayı artdı, Sürücülərin nəzərinə - Paytaxtda bu küçə bağlanır, Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub, Prezident Xankəndiyə getdi, İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub, Lukaşenko: Qərb müşahidəçiləri seçkilərə əvvəlcədən hazırlanmış qərarlarla gəliblər, DYP hava şəraiti ilə bağlı müraciət etdi,

DYP hava şəraiti ilə bağlı müraciət etdi

DYP hava şəraiti ilə bağlı müraciət etdi

Tarix: Dün, 14:01


Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə sentyabrın 21-dək əsasən bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, bəzi yerlərdə güclü külək əsəcəyi vurğulanıb:

“Baş DYP İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR