Son Xəbər: Prezidentlə oğlu Ağdamda təməlqoyma mərasimində iştirak etdilər - Fotolar, Ağdamda tikilən evlərin - Fotoları, Əfqanıstanda yalnız şəriət qanunları hökm sürür - Taliban, Livandakı partlayışlarda ölənlərin sayı artdı, Sürücülərin nəzərinə - Paytaxtda bu küçə bağlanır, Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub, Prezident Xankəndiyə getdi, İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub, Lukaşenko: Qərb müşahidəçiləri seçkilərə əvvəlcədən hazırlanmış qərarlarla gəliblər, DYP hava şəraiti ilə bağlı müraciət etdi,

Lukaşenko: Qərb müşahidəçiləri seçkilərə əvvəlcədən hazırlanmış qərarlarla gəliblər

Lukaşenko: Qərb müşahidəçiləri seçkilərə əvvəlcədən hazırlanmış qərarlarla gəliblər

Tarix: Dün, 14:26


Belarus heç vaxt ölkədə seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakına qarşı olmayıb.

Bunu ölkə Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrinin seçki orqanlarının rəhbərləri ilə görüşündə deyib.

“MDB-yə gəlincə, biz həmişə keçirdiyimiz seçkilərdə sizin və nümayəndələrinizin iştirakının tərəfdarıyıq. Bu, bizim üçün çox vacibdir. Sizin dost məsləhətləriniz, iradlarınız və ya hətta tənqidləriniz ciddi qəbul edilir”, - A.Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarus xarici müşahidəçilərin iştirakı ilə bağlı hələ qərar qəbul etməyib: “Çünki bilirik ki, onların gəlişi daha sonra oxuyaraq imzalayacaqları qabaqcadan hazırlanmış sənədlər deməkdir”.

Prezident bildirib ki, bu məlumat xüsusi xidmət orqanlarının işi sayəsində məlum olub. Onlar aydınlaşdırıblar ki, sonuncu dəfə qərbli müşahidəçilər seçkilərə əvvəlcədən hazırlanmış qərarlarla gəliblər: “Onları bu proses maraqlandırmır, ölkəmizdə nə edəcəklərini və yekun bəyanatı əvvəlcədən müəyyənləşdiriblər".

“Buna görə də biz bu müşahidəçilərin qabaqcadan hazırlanmış müvafiq bəyanatla çıxış etmələrinə yol verə bilmərik”, - A.Lukaşenko vurğulayıb. (BELTA)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR