Son Xəbər: İlham Əliyev onları təltif etdi - Siyahı, Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi, Putin həbs olunmaqdan qorxdu, bu ölkəyə getmədi, Qarabağ Universiteti ona görə sentyabrın 20-si açıldı ki..., İlham Əliyevin Xankəndidə tələbələrlə görüşündən - Fotolar, Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar, İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub, Qarabağdakı dünənki açılışlardan yeni - Video, Prezident Qarabağ Universitetində: tələbələrlə görüş..., Avropa Komissiyasının prezidenti Kiyevə səfər edib,

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Tarix: Bugün, 16:19

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.

Bu barədə şuranın Mətbuat xidməti öz feysbuk hesabında paylaşım edib.

Teleqrama qadağa qoyulması barədə qərar sentyabrın 19-da verilib. 

Məlumata görə, məmur, hərbi qulluqçu, təhlükəsizlik və müdafiə sahəsinin əməkdaşları, eləcə də vacib infrastruktur operatorlarına xidməti cihazlarda teleqramı quraşdırmaq və mesencerdən istifadə qadağan edilib. 

Bununla yanaşı, sözügedən qadağa xidməti öhdəliyinə teleqramdan istifadə də daxil olan dövlət qulluqçularına şamil edilməyəcək. 

Bildirilib ki, bu barədə qərar təhlükəsizlik məsələlərinə görə verilib. Ukrayna xüsusi xidmət orqanları Rusiyanın teleqramı kiberhücum və raket hücumlarını tənzimləmək üçün istifadə etdiyini iddia edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR