Son Xəbər: Eldar Əzizov Bakıdakı vəziyyətdən danışdı: "Nöqsanlara yol verilib", “Qarabağ” – “Ayaks” oyununun hakimləri açıqlandı, İş icazələri ilə bağlı yenilik, İlham Əliyev Aleksandr Vlaskampı qəbul etdi - Fotolar - Yenilənir, Güclü yağış nəticəsində Bakıda ev uçdu, Bağırov körpüsünü su basdı, Eldar Əzizov hadisə yerində - FOTO, Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il ötür, Fransanın kanak deputatları ələ alma siyasəti - müstəmləkəçiliyin köhnə taktikası - ŞƏRH, İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi, "Prezident onu vəzifəsindən geri çağırdı - Sərəncam,

Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır

Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır

Tarix: 23-09-2024, 13:04


Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir.

Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.

“Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətllərinin planları göz qabağındadır”, - deyən dövlət başçısı bildirib ki, təbii, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR