Son Xəbər: Bakıda və rayonlarda sabah külək güclənəcək, Prezident İlham Əliyev Trampa təşəkkür edib, İstanbulda tramvayla avtobus toqquşub, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb, Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb,

“Büdcə gəlirləri 2.2 milyard manat artıb”

“Büdcə gəlirləri 2.2 milyard manat artıb”

Tarix: 24-09-2024, 18:45

“Ötən dövr ərzində müsbət makro-fiskal göstəricilər, dünya enerji bazarlarında əlverişli qiymət, profisitli tədiyə balansı, dövlət büdcəsinə əlavə gəlir daxilolmaları nəticəsində 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılıb”.

Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin bu gün keçirilən iclasında bildirib

Onun sözlərinə görə, nəticədə büdcə gəlirləri 2.2 mlrd. manat, büdcə xərcləri isə təxminən 3.0 mlrd. manat artıb.

“Yenidən baxılmış büdcə ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili üzrə zəruri olan bir sıra əlavə xərclərin maliyyələşdirilməsinə imkan yaradıb”, - Baş nazir əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR