Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

İsmahane Eluafe: "Azərbaycanda gənc innovatorların iqlimlə bağlı həllərini görmək istəyirəm"

İsmahane Eluafe: "Azərbaycanda gənc innovatorların iqlimlə bağlı həllərini görmək istəyirəm"

Tarix: 1-10-2024, 12:00

Azərbaycandan olan gənc innovatorların iqlimə davamlılıq üçün həll yollarını görmək istəyirəm.

Bunu CGIAR-in (ərzaq təhlükəsizliyi sahəsində tədqiqatla məşğul olan beynəlxalq təşkilatları birləşdirən qlobal tərəfdaşlıq) icraçı direktoru İsmahane Eluafe "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 2-ci günündə deyib.

O bildirib ki, iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, qida təhlükəsizliyində vəziyyətin pisləşməsi və digər dəyişikliklər bir-biri ilə sıx bağlıdır: "Bu gün dünya əhalisinin təxminən 10 %-i aclıqla üzləşib. Bu, təxminən 720 milyon insan deməkdir. İstiləşmə ilə bağlı artan hər dərəcə aclıqla üzləşənlərin sayını yüksəldir. Temperaturun artdığı dünyada təxminən 2 milyard insan aclıqla üzləşə bilər. Bu il baş verən əhəmiyyətli istiləşmənin nəticələrini gördük. Daşqınlar, quraqlıqlar və daha uzun istilik dalğaları kənd təsərrüfatı məhsuldarlığını azaldır, qida, torpaq və su sistemlərinə bağlı icmaların həssaslığını artırır".

İcraçı direktor qeyd edib ki, Azərbaycan da kənd təsərrüfatı istehsalına mane olan və məhdud şirin su ehtiyatlarını təhdid edən iqlim dəyişikliyi problemi ilə üzləşir: "Burada su qıtlığının 2050-ci ilə qədər daha da pisləşəcəyi, xüsusən də suvarmadan çox asılı olan kənd təsərrüfatına təsir edəcəyi gözlənilir. İqlim böhranında kənd təsərrüfatı aqro-ərzaq sistemlərinin tərkib hissəsini təşkil edir və sudan istifadənin 70-80 %-ni təşkil edir. Kənd təsərrüfatında sudan istifadə aqrar-ərzaq sektorunda ədalətli transformasiya prosesinin bir hissəsi kimi nəzərdən keçirilməlidir. Daşqınlar və quraqlıq kimi su ilə bağlı təhlükələrin yükü qeyri-mütənasib olaraq həssas, kiçik miqyaslı istehsalçıların, xüsusən də aşağı və orta gəlirli ölkələrdə olan istehsalçıların üzərinə düşür".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR