Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Trampın qərargahı Vensi teledebatın aşkar qalibi adlandırıb - YENİLƏNİB

Trampın qərargahı Vensi teledebatın aşkar qalibi adlandırıb - YENİLƏNİB

Tarix: 2-10-2024, 08:43

Respublikaçı namizəd Donald Trampın seçki qərargahı hesab edir ki, çərşənbə axşamı keçirilən vitse-prezidentlik debatında respublikaçı Ceyms Devid Vens qalib gəlib.

Qərargah bununla bağlı bəyanat yayıb.

“Senator Vens bugünkü debatlarda aşkar şəkildə qalib gəldi. Bu, indiyə qədər ən yaxşı vitse-prezident debat performansı idi. Vens Trampın ABŞ tarixində ən böyük qanunsuz mühacir deportasiyasını təşkil etmək, vergiləri azaltmaq və inflyasiyaya son qoymaq niyyətini tamaşaçılara mükəmməl şəkildə çatdırdı. Bu gecə senator Vens Trampın niyə onu namizəd yoldaşı seçdiyini sübut etdi”, - bəyanatda deyilir.

***

05:52

ABŞ-də vitse-prezidentliyə namizədlər Cey Di Vens və Tim Uolts arasında debat başlayıb.

Müvafiq yayımı CBC News həyata keçirir.

APA




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR