Son Xəbər: Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb, Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb, Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb, Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi, Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb, İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb, Yol polisi sürücülərə çağırış etdi, Azərbaycanda aktyor vəfat edib, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib, Makronun sözləri müxalifəti qəzəbləndirdi,

29 yaşlı Nicatı öldürənin ittihamı ağırlaşdırıldı

29 yaşlı Nicatı öldürənin ittihamı ağırlaşdırıldı

Tarix: 3-10-2024, 17:20

Dörd ay əvvəl Sumqayıtda 29 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən 25 yaşlı Nüsrət Həsənəlilinin ittiham edildiyi maddə ağırlaşdırılıb.

1995-ci il təvəllüdlü Nicat Bayramovun qətlinə görə saxlanılmış N.Həsənəliliyə Cinayət Məcəlləsinin 120.2.2-ci - xuliqanlıq niyyətilə adam öldürmə maddəsi ilə ittiham elan edilib.

Onun barəsindəki cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 9-u keçiriləcək.

Qeyd edək ki, iyunun 9-u saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Nicat Bayramovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1999-cu il təvəllüdlü Nüsrət Həsənəlilinin şəhərin Hacı Zeynalabdin qəsəbəsində yerləşən kafelərin birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, ağırlaşdırılmış hallarda adam öldürmə cinayətinə görə təqsirləndirilən şəxslər 14 ildən 20 ilə qədər və ya ömürlük həbslə cəzalandırılır.

Fotoda Nicat Bayramov

29 yaşlı Nicatı öldürənin ittihamı ağırlaşdırıldı

 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR